Xocalı soyqırımını unutma!

Bu gün Bakı şəhəri 177 saylı tam orta məktəbdə Xocalı Soyqırımının 23-cü ildönümü münasibəti ilə bağlı tədbir keçirildi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əhmədova Xuraman Saleh qızı 6b sinif şagirdləri ilə birlikdə hazırlamışdır.Tədbiri müəllimin özü açdıqdan sonra şəhidlərin xatirəsi anıldı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirdikdən sonra tədbir açıq elan edildi. Tədbirdə məktəbin direktoru Həqiqət Qarayeva, müavinlər Afilə Cəfərova, Arzu Süleymanova, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri iştirak etdilər. Tədbir çox təqdirə layiq keçirildi, video çarxlar nümayiş edildi. Xocalıya aid stendlər hazırlanmışdı.”Ana fəryadı” abidəsinin stendi qoyulmuşdur. Şagirdlər şeirlər söylədilər, Xocalıya aid tarixi faktları qeyd etdilər.Sonda söz məktəbin direktoru Həqiqət Qarayevaya verildi.O da Xocalıda baş vermiş hadisələri ürək ağrısı ilə qeyd etdi ve bu cür tədbirlərin tez-tez keçirilməsini, şagirdlərə tariximizi unutmamağı tövsiyyə etdi. Allah Şəhidlərimizin ruhunu şad etsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi