“Qızlar Klubu”nun növbəti toplantısı keçirildi

Bir çox uğurlara imza atan 177 nömrəli tam orta məktəbin “Qızlar klubu” öz fəaliyyəti ilə seçildi. Belə ki, bu dəfə “Qızlar klubu” Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın yaradıcılığı barədə xüsusi gecə hazırlamışdır. Gecə 8 "C" sinfi tərəfindən təşkil olunmuşdur. Tədbirdə Leyla Əliyevanın fəaliyyət dairəsi xüsusi şəkildə təqdim olundu. Şagirdlər onun həm ədəbiyyat, həm rəssamlıq, həm də rejissorluq fəaliyyətindən bəhs edən videoçarx hazırlamışdılar. Sonda şagirdlər tərəfindən Leyla Əliyevanın məhrum öndərimiz H.Əliyevə həsr etdiyi “Elegia” şeiri söylənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi