Şagirdlərimizin Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiyası

Məktəbimizin müəllimləri – Tahirova Gülüzar və Məmmədova İntizar məktəbimizin 4a və 3b sinfi üçün Qobustan dövlət qoruğuna ekskursiya təşkil etdi. Ekskursiya həm müəllimlər, həm də şagirdlər üçün olduqca maraqlı keçdi. Şagirdlər öncə Qobustan dövlət qoruğundakı muzeyi gəzərək Qobustan qayalarının tarixçəsi haqqında məlumat əldə etdilər. Muzey çox gözəl dizayn edilmişdi. Muzeyin hər bir bölməsi bir ayrı gözəl idi. Bir sözlə keçmiş və müasir dövr bir məkanda cəmlənmişdi. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılmış, döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini eks etdirən işıq şüalarından ibarət təsvirlər salınmışdı. Şagirdlərimiz məlumat monitorlarından istifadə edərək Qobustan qayalarının tarixi haqqında məlumat əldə edir, oyun monitorlarından istifadə edərək qədim təsvirlərlə müasir təsvirləri eyniləşdirir və muzeydəki eksponatlarla yaxından tanış olurdular. Muzeylə tanışlıqdan sonra şagirdlər Qobustan qayalarını gəzdilər və qədim insanların qayalar üzərindəki əl izləri ilə daha yaxından tanış oldular. Ekskursiya boyunca hər kəs özünə maraqlı olan çoxlu şəkillər çəkdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi