Çingiz Abdullayev ilə görüş

Rusiya İnformasiya Mərkəzində məktəbin VII, IX, X sinif şagirdləri Xalq Yazıçısı Çingiz Abdullayevlə görüşüblər. Görüşün məqsədi gənclərin bədii ədəbiyyata maraqlarının artırılması və onlarda mütaliə vərdişlərinin aşılanmasıdır. Çingiz Abdullayev həyatının və yaradıcılığının əsas istiqamətlərindən, maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən söz açıb, insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin rolunu qeyd edib. Yazıçı ölkəmizdə kitab mağazalarının sayının artmasını arzulayıb. Xalq Yazıçısı şagirdlərə tövsiyələrini verib, sualları cavablandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi