Tarixi və mədəniyyət abidələri xalqımızın milli sərvətidir

Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Ona görə də tariximizin əks-sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilməlidir. Bu məqsədlə də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vətanə Zeynalova sinif rəhbərliyi etdiyi sinfin şagirdləri ilə birlikdə tarixi və mədəniyyət abidələrimizi tanımaq üçün Suraxanıda yerləşən Atəşgah məbədini ziyarət etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi