Balaca idmançımızın uğurları

Sarıyev Mirhabil məktəbin 6b sinfində təhsil alır. Bütün fənlərə marağı var və dərs əlaçısıdır. İdmanla məşğul olmağı sevir. Boş vaxtlarında bədii ədəbiyyat oxuyur və idmanla məşğul olur. Ona görə də sinifdə bədii ədəbiyyatdan sual-cavabda fəal iştirak edir. Bununla yanaşı idman yarışlarında da yüksək yerlər qazanıb. Dəfələrlə inşa yarışlarında iştirak edib, fəxri fərmanla təltif olunub. Bu inşalar "Müharibə uşaqların gözü ilə" və "Aprel döyüşləri bizim şanlı tariximizdir" mövzusunda olmuşdur. 2012-ci, 2013-cü,2014-cü, 2016-cı illərdə sərbəst güləş, tamblinq üzrə I, II yerləri qazanıb. 3 dəfə I yer, 8 dəfə II yer, 2 dəfə III yerləri tutub və medalla təltif olunub. Şagirdimizə gələcək idman karyerasında daima müvəffəq olmağı arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi