"Azərbaycanın Təbii Sərvətləri və biomüxtəlifliyi"

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə çevirək" devizi altında keçirir. Təbii sərvətlər aylıqlar layihəsi bunlardan biridir. Aprel ayının 1-dən etibarən start verilmiş "Təbii sərvətlərin mühafizəsi aylığı" çərçivəsində məktəbimizin biologiya müəllimləri Bənənyarlı Ofeliya və İbrahimova Sevincin rəhbərliyi altında "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" adlı layihə təqdim olundu. VII, VIII şagirdlərinin təqdimatında Vətənimizin təbii sərvətlərinin mühafizəsi, bioloji müxtəlifliyin və nadir növ bitki və heyvanların qorunması, qoruqların əhəmiyyəti haqqında məlumat dinlənildi. Sonda belə bir nəticəyə gəldik ki, Vətənimizi sevmək və təbii sərvətlərini qorumaq hər bir azərbaycanlının mənəvi borcudur!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi