“Xocalıya Ədalət” kampaniyası çərçivəsində mühazirə

Xocalı faciəsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində mühazirələr təşkil edilmişdir. 17 aprel 2017-ci il tarixdə məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə akt zalında “Xocalıya Ədalət” kampaniyası çərçivəsində mühazirə keçirildi. Mühazirə Heydər Əliyev Fondunun əməkdaşı Vüsalə Məmmədova tərəfindən aparıldı. Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsalə Məmmədova qan yaddaşımız olan Xocalı faciəsi, bu tarixi faciəyə aparan uzun yoldan söhbət açdı. Əzəli - əbədi torpaqlarımızdakı “böyük köç”dən, Xocalı sakinlərinə qarşı törədilən ağlasığmaz dəhşətlərdən danışdı. Sonra rəsmi xronikaya müraciət edərək video çarxlar göstərildi. Tədbirin sonunda şagirdlərin çoxsaylı sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi