Kimya fənnindən kiçik elmi konfrans

12.04.2017-ci il tarixdə məktəbimizdə "Kiçik Elmi Akademiyanın" kimya kafedrası üzvlərinin təşəbbüsü ilə kimya həyatdır mövzusunda elmi praktik konfrans keçirildi. Konfransda məktəbin direktoru, direktor müavinləri, kafedra üzvləri, müəllimlər, şagirdlər, digər məktəblərin kimya müəllimləri iştirak edirdilər. Konfransın keçirilməsində məqsəd şagirdlərin kimya elminə olan marağını artırmaq, Kiçik Akademiyanın fəaliyyətini daha da genişləndirmək, şagirdlərin məişətdə hərgün təmasda olduqları maddələrdən necə istifadə edə biləcəklərini öyrətmək oldu. Həmçinin şagirdlər kimyəvi maddələri əvəz edə biləcək qida məhsulları barədə topladıqları məlumatlar və maraqlı təcrübələr nümayiş etdirməklə bir daha kimya elminin həyatla sıx əlaqəsini sübut etdirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi