Şahmatçılarımıza uğurlar arzulayırıq!

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Şahmat" fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalının seçim turu keçirildi. Yarışda məktəbimiz 6 şagirdlə təmsil olunub. Onlardan 3-ü Abdullayeva Fidan, Xəlilli Elnur və Xəlilli Adil seçim turunda qalib gələrək Nərimanov rayonu komandası tərkibində 25.04.2017-02.05.2017-ci il tarixində respublika final yarışında Nərimanov rayonunu təmsil edəcəklər. Məşqçi müəllim Qürbət Məmmədovdur. Şahmatçılarımıza uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi