"Narkomaniya ümumbəşəri bəladır"

Yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntularının və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində məktəbin fəaliyyət planına əsasən növbəti maarifləndirici tədbir keçirildi. Tədbirdə Nərimanov Rayon Polis İdarəsinin rəisi polis polkovniki Nəriman İmanov, Veteranlar Şurasının sədri Paşa Kərimov, yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis mayoru Rüstəm Rüstəmov iştirak etdi. Nərimanov Rayon Polis İdarəsinin rəisi və polis əməkdaşlarının iştirak etdiyi tədbirdə narkomaniyanın törətdiyi fəsadlara toxunuldu, onun insan həyatı üçün necə təhlükə mənbəyi olduğu iştirakçıların diqqətinə çatdırıldı. Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov çıxışında narkotikin insan orqanizminə, sağlamlığına, mənəviyyatına vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışdı, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkdi. Narkomaniyanın fəsadlarını, onun insan həyatını məhvə aparan bəla olduğu fotoslaydlarla izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi