Ümummilli lider Heydər Əliyev şəxsiyyəti nəsillərə örnəkdir

Bakıdakı 177 nömrəli tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev şəxsiyyəti nəsillərə örnəkdir” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə məktəbin VI-VII sinif şagirdləri iştirak ediblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb. “Dəyirmi masa”da məktəbin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə metodbirləşməsinin sədri Nazilə Əliyeva ümummilli lider, böyük şəxsiyyət Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Vurğulanıb ki, müdrik rəhbər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndər Heydər Əliyevin təhsilə xüsusi önəm verdiyini bildirən N.Əliyeva dahi rəhbərin parlaq ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Ulu Öndər gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev milli təfəkkürün inkişafına daim böyük önəm verirdi. Azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Liderin xidmətləri misilsizdir. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladan natiq bildirib ki, son illər ölkəmizdə təhsil sahəsində çox əhəmiyyətli islahatlar həyata keçirilib, bu sahədə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda müasir tələblərə cavab verən üç mindən çox məktəb binası tikilib, təhsil müəssisələri müasir avadanlıqla təchiz olunub. Bütün bunlar Heydər Əliyev siyasətinin bəhrələridir. N.Əliyeva ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin daha da dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Sonra şagirdlər müdrik siyasi xadim Heydər Əliyev haqqında ürək sözlərini, düşüncələrini, Ümummilli Liderə sonsuz sevgi və məhəbbətlərini ifadə ediblər. Dahi rəhbərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Məktəblilər ulu öndər Heydər Əliyevə həsr olunan mahnılar ifa edib, şeirlər söyləyiblər.Bu barədə AZƏRTAC xəbər saytında 7 may 2015ci il tarixində geniş məlumat yerləşdirilib. Eyni zamanda, “İki sahil” qəzetinin 8 may 2015ci il tarixli 82 Nli buraxılışında xəbər yerləşdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi