“Ana dilimizi sevək sevdirək” mövzusunda tədbir

22fevral 2017-ci il tarixində 177 saylı tam orta məktəbində “Mədəniyyət və incəsənət” layihəsində rus bölməsinin VI sinfində “Ana dilimizi sevək sevdirək” mövzusunda tədbir keçirilmişdir.Tədbirin təşkilatçısı dil -ədəbiyyat fənn metodbirləşmənin sədri Nazilə Rəsul qızı Əliyeva ana dilimizin tarixi haqqında faktları açıqlamış, dilimizə qarşı müəyyən dövrlərdə olan təzyiqləri şagirdlərə çatdırmışdır. Müəllim “Dil insanlar arasında ünsiyyət vasitəsidir” devizi altında şagirdlərə vurğulamışdır ki, mülkiyyətindən asılı olmayaraq “Azərbaycan vətəndən olan hər bir kəs Azərbaycan dilini qorumalı və bilməlidir. Natiq Azərbaycan dili haqqında verilən fərmanları şagirdlərə çatdırmış və müxtəlif dillərdə səlis danışmaq diapazonuna malik olan ümummilli lider H.Əliyevin natiqlik sənətindən bəhrələnməyə çağırmışdır. Əzəmətli sərkərdə ,hökmüdar Ş.İ.Xətai dövründə bu gündən bu günədək Azərbaycan dilinin keçdiyi keşməkeşli yolları şagirdlərə çatdırmışdır. VI sinif şagirdləri ana dilinə aid şeirlər söylənmiş , videoçarxlarda musiqilər səslənmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi