Şagirdlər “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda

Aprelin 29-da 177№ tam orta məktəbin VI, VII, sinif şagirdlərinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskuriyası təşkil olunub. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan ekskursiya, şagirdlərin intellektual səviyyəsinin inkişafı, dünyagörüşünün genişlənməsi, fəal vətəndaş kimi yetişməsində müsbət təsirini artırmaq xarakterini daşıyırdı. Şagirdlər kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, silah, keramika, məişət və bəzək əşyaları, sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və digər tarixi-etnoqrafik nümunələrlə tanış oldular. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol şagirdlərdə böyük maraq yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi