MƏKTƏBİMİZ İMƏCİLİKDƏ

Təhsil naziri Mikayıl Cabbarov faşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqrama imzalayıb. Mayın 9-da 177№ tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar iməcilik keçirilmişdir. Müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçirilən iməçlik zamanı şagirdlər həyətdəki ağacların diblərini belləyib, alaq otlarını təmizləyib,gül kolları əkib, toplanmış tullantıları atıblar.Təbiəti , ətraf mühiti qoruyaq,yaşıllıqların sayını artıraq devizi altında məktəblilər yüksək əhval-ruhiyyə ilə məktəbin həyətini abad vəziyyətə gətiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi