177 № -li tam orta məktəb Gül bayramında

9 may 2015-ci il tarixdə Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən yeni salınmış parkda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gül bayramı keçirilib. Ulu Öndərimizin əziz və parlaq xatirəsinə hörmət və ehtiram əlaməti olaraq ənənəvi şəkildə qeyd edilən və rayonun rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqlarının iştirak etdiyi gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagird kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin müxtəlif növ dekorativ güllərdən, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar öz görünüşü və ifadəliliyi ilə seçilərək göz oxşayıb. Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. Ümummilli Liderimiz Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası tədbirə qatılan insanlarda duyğulu hisslər oyatmışdır. Fidan balaların gülləri xatırladan müxtəlif libaslarda parka gəlişi isə bayram ovqatını daha da artırıb. 177 № tam orta məktəbində müəllim və şagirdlərin ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə və Gül bayramına həsr olunmuş əl işlərindən ibarət sərgidə iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi