“Uşaq hüquqlarının pilləli tədrisi”

Bakı şəhəri 177 nömrəli tam orta məktəbdə “Uşaq hüquqlarının pilləli tədrisi” proqramı çərçivəsində yaş qrupları üzrə ilk açıq dərs keçirildi. Açıq dərsi Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə şöbəsinin əməkdaşları keçdilər. Layihə çərçivəsində şagirdlərə Uşaq Hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları izah edildi, uşaqlara onların hüquqları, vəzifələri, eyni zamanda uşaq hüquqlarını müdafiə edən dövlət qurumlarının səlahiyyətləri barədə məlumatlar verildi. Açıq dərslər zamanı şagirdlərə “Uşaq Hüquqları Konvensiyası” adlı kitab və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” təqdim olundu. Debat və müzakirə formasında keçirilən dərsdə şagirdlər fəallıq göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi