Pedaqoji Şura keçirildi

30 Yanvar 2017-ci il tarixində məktəbimizdə 2016-2017-ci tədris ilinin I yarımilinin yekunlarına dair Pedaqoji Şura keçirildi. İclasda I yarımilin yekunları, fənn aylıqlarının keçirilməsi məsələsi, metodbirləşmələrin gördükləri işlər, fənn olimpiadalarının nəticələri, ve s. bu kimi məsələlər müzakirə olundu. Pedaqoji şurada sinif rəhbərləri, fənn metodbirləşmə rəhbərləri, direktor müavinlərinin hesabatları dinlənildi. Həmçinin məktəbin direktoru Günel Xanlarova məktəbin ikinci yarımildə qarşıda duran məqsəd və vəzifələri haqqında kollektivə məlumat verdi. Sonda müəllimlərin rəy və təklifləri dinlənildikdən sonra qeyd olunan məsələlər nəzarətə götürüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi