OCEP

Bakı şəhəri 177 nömrəli tam orta məktəbdə 12.05.2023 tarixində OCEP layihəsi çərçivəsində Xorvatiya Respublikasına həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Xorvatiya Respublikası fövqəladə və səlahiyyətli səfiri cənab Branko Zebic , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, İdarənin sektor müdiri Günay Qurbanova, Milli Olimpiya Komitəsinin əməkdaşı Ruslan Məmmədov, Güləş idman növü üzrə beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Nərimanov Rayon İcra başçısının müavini İradə Muradova, Nərimanov Rayon İdman və Gənclər İdarəsinin rəisi Nəcəf Novruzov, məktəb direktorları və digər qonaqlar iştirak edirdi. Tədbirdə məktəblilər Xorvatiya Respublikasının Olimpiya hərəkatı və Olimpiya çempionları, xalqın mədəniyyəti və adət ənənəsinə aid nümunəvi çıxışlar nümayiş etdirdi. Sonda tədbir iştirakçıları və qonaqlar xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi