"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş bayram tədbiri

30.12.2016-cı il tarixində Nərimanov rayonu 177 Nli tam orta məktəbdə Azərbaycan dili müəllimi Zeynalova Vətanənin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirildi .Tədbir iştirakçıları bu günün yaranma tarixindən danışdı, qüdrətli Azərbaycanımıza həsr olumuş şeirlər, nəğmələr ifa etdi. Şagirdlərin ifasında xalq mahnılarımızın səsləndirilməsi milli rəqslərimiz tədbiri daha da rəngarən etdi. Tədbirin xüsusi qonağı – yazıçı publisist, Türk yazarlar birliyinin şöbə müdiri Əkbər Qoşalı məktəb kollektivini bayram münasibətilə təbrik edib, şagirdlərin milli ruhda tərbiyə edilməsini alqışladı . Bayram tədbirinin iştirakçılarına və təşkilatçısına təşəkkürünü bildirən məktəbin direktoru Günel Xanlarova şagirdlərə tövsiyə etdi ki, həmişə azərbaycançılığı , milli-mənəvi dəyərləri hər şeydən üstün tutmağı bacarsınlar. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi