Tütünçəkmənin, narkomaniya və zərərli vərdişlərə qarşı məlumatlandırıcı tədbir keçirildi

Mütəmadi olaraq məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirici tədbirlər təşkil edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri bu dəfə 177 saylı məktəbdə maarifləndirmə tədbiri keçirtdilər.23 noyabr 2016-cı il tarixdə 177 saylı məktəbdə şagirdlər üçün tütünçəkmənin, narkomaniya və zərərli vərdişlərə qarşı məlumatlandırıcı tədbir keçirildi. Tədbirdə İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə çıxış edərək tədbir iştirakçılarına zəmanəmizin böyük probleminə çevrilən və əksəriyyət baxımından cavan nəsli əlinə alan tütünün və narkomaniyanın cəmiyyətdə yaratdığı xəstəliklərdən danışdı. Onların istifadəsi nəticəsində yaranan asılılıqdan söhbət açaraq bildirdi ki, bu yaxınlarda İSİM-in Ambulator şöbəsinin nəzdində tütündən imtina kabineti fəaliyyətə başlayacaq. Tədbirdə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədi daşıdığı vurğulandı.Tədbirin məqsədi sağlam həyat tərzinin təbliğinə bir töhfə olduğunu, bu istiqamətdə şagirdlər arasında aksiyaların, kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğuladı. Mütəxəssis tərəfindən bildirildi ki, siqaretin, narkotik vasitələrin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlardan danışdı, cavanları onlardan uzaq durmağa səslədi.Tədbirin sonunda mövzu ilə əlaqədar İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi