BİZ NARKOMANİYAYA YOX DEYİRİK!

Nərimanov rayonu 177 Nli tam orta məktəbdə apelin 16-da zərərli vərdişlərə, neqativ hallara qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhəri BPİ-nin şəxsi heyətlə iş üzrə köməkçisi, Yetkinlik Yaşına Çatmayanlar üzrə şöbənin əməkdaşlar, Nərimanov RPİ-nin aidiyyatı xidmət əməkdaşları, məktəbin rəhbərliyi, müəllim, şagird kollektivi, iştirak etmişlər. Müasir dövrdə cəmiyyəti narahat edən və aktuallığı ilə diqqəti çəkən problemlərdən narkomaniya, alkoqolizm barədə söhbət açılmış, bu mövzuda profilaktik iş çərçivəsində mütəxəssis maarifləndirmə və sağlam həyat tərzini təbliğ etmə sahəsində fəaliyyətin yeniyetmələr üçün önəmi vurğulanmış və yeniyetmələrlə psixoloji işin təşkili və aparılması texnikasını həkim və psixoloqlarla yanaşı müəllimlərin də fəaliyyəti qeyd edilmişdir. Görüşdə məktəblilərlə narkomaniyaya qarşı mübarizə, şagird-müəllim münasibətləri, yeniyetmələrin davranış qaydalarına əməl etmələri mövzularında profilaktik söhbətlər də aparılmış, narkomaniya qarşı qısa film nümayiş olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi