Şair Nüsrət Kəsəmənlinin 70-illik yubiley gecəsi keçirildi

15 noyabr 2016-сı tarixində 177 saylı tam orta məktəbində məhrum şair Nüsrət Kəsəmənlinin 70-illik yubiley gecəsi keçirildi. Gecə “Kimlər gəldi, kim getdi” mahnısı sədaları altında başlandı. Tədbiri giriş sözü ilə dil-ədəbiyyat müəllimi Nazilə Əliyeva açaraq, şairin həyat və fəaliyyəti haqqında açıqlamalar verdi. O, qəlb və məhəbbət şairi olan N.Kəsəmənlinin şeirlərinin həyatı olduğunu vurğuladı.VI-VIII-IX sinif şagirləri onun tərcümeyi-halı haqqında məlumat verdilər, şeirlərini söylədilər. Videoçarxlarda onun həyatı fəaliyyəti, tamaşaçılar ilə görüşlər və və sözlərinə bəstələnmiş mahnıları səsləndi.Tədbirin hazırlamasında məktəbin Azərbaycan dili müəllimi Xuraman Əhmədova və tarix müəllimi Rəvanə Kazımova içtirak ediblər.Tədbirdə məktəbin direktoru Günel Xanlarova, TTİÜDM-ni Afilə Cəfərova, TİÜDM-ni Arzu Süleymanova,dil-ədəbiyyat müəllimiləri və məktəbin digər müəllimləri iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi