Su ehtiyyatlarından səmərəli istifadə ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub

Bakı şəhər 177 №-li tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 7.5-ci – Təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi – bəndinin icrası ilə əlaqədar araşdırma işləri, şagird təqdimatları, dəyirmi masalar və açıq dərslər təşkil olunmuşdur.
Araşdırma zamanı şagirdlər sudan səmərəli istifadə, dünyada içməli su ehtiyyatları haqqında maraqli məlumatlar toplamışlar. Faydalı məlumatlar əsasında təqdimatlar və videoçarxlar hazırlamışlar. 
Su ehtiyyatlarından səmərəli istifadə və suyun həyatımızdakı rolu haqqında müxtəlif layihələr hazırlanmış və fərqlənən layihələr sertifikatla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi