Konstitusiya gününə həsr olunmuş polis əməkdaşları ilə görüş

11 noyabr 2016cı il tarixində Bakı şəhəri 177 saylı tam orta məktəbdə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş polis əməkdaşları ilə görüş keçirilib. Görüşdə Nərimanov Polis İdarəsinin YYÇPİTB-nin rəisi polis mayoru Rüstəm Rüstəmov, Nərimanov Polis İdarəsinin YYÇPİTB-nin inspektoru polis baş leytenantı Anar Əzimov, Nərimanov Polis İdarəsinin YYÇPİTB-nin inspektoru polis baş leytenantı Emin Zeynalov iştirak etmişdir. Ölkəmizin əsas qanunu olan Konstitusiyadan məlumat verən Rüstəm müəllim, söhbəti diskussiya şəkilində qurmuşdu. Şagirdlərdə bildikləri məlumatlar ilə bölüşdülər.Tədbirdə məktəbin direktoru Günel Xanlarova, direktor müavinləri Afilə Cəfərova və Arzu Süleymanova iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi