IX  siniflər arasında  “Zəfər  tarixi” adlı interaktiv dərs keçirilib

24.05.2022-ci il tarixində 177 №-li tam orta məktəbdə  üç  IX  siniflər arasında  “Zəfər  tarixi” adlı interaktiv dərs keçirilib.Dərsdə Bakı Şəhər Təhsil İdarəsinin qiymətləndirmə sektor müdiri  A.Mustafayev,N.Tağıyev adına 212 №-li tam orta məktəbin direktoru M.Rəhimova və tərbiyə işləri üzrə müavin K.Bağırova,R.Nəsrəddinov adına 39 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini K.Rəhimova və tarix müəllimi G.Səlimova,şagirdlərin qazi-valideynləri və məktəbin fənn müəllimləri iştirak ediblər.

Şagirdlər 3 qrup yaratdılar :”Qarabağ ” ,” Dəmir yumruq ”,” Xarıbülbül ”.

Qruplar hazırladıqları layihələri –“ Vətən Müharibəsi unikal hərbi strategiya ”,“ Vətən Müharibəsi mükəmməl diplomatiyası ”,” Yeni təltiflər ” böyük ustalıqla təqdim ediblər.Daha sonra şagirdlər Qəhrəmanlarımıza həsr olunan bukletləri  nümayiş  edib həm digər qrup yoldaşlarına,həm də gələn qonaqlara təqdim etdilər (Öncədən bu işi onlar 39 №-li tam orta məktəbdə həyata keçirmişdirlər).Həmçinin bukletin səhifəsində QR kod qoyulmuşdur.Daha sonra şagirdlər bir sıra tapşırıqları- Klaster (azad olunmuş torpaqlarına həsr olunmuş “  Anlayışın çıxardılması “ və krosvord kimi tapşırıqları sərbəst olaraq qurub cavablandırdılar.Qonaqlar da öz növbəsində digər tapşırıqların icrasında iştirak etdilər.Dərs konfransın sonunda şagirdlər və qonaqlar öz təəssüratlarını elektron lövhədə və QR kod vasitəsilə bildirdilər.İştirak edən şagirdlər sertifaktla mükafatlandırdılar.Konfransda qazi valideynlər  müzakirədə iştirak etdilər və şagirdlərin fəal iştirakını bəyəndilər.

A.Mustafayevin iştirakı ilə dərs müzakirə edildi.Şagirdlərin sərbəst işləri,vətənpərvərlik duyğuları xüsusilə qeyd olundu.A.Mustafayev təklif etdi ki,bu cür tədbirlər  daha əhatəli olsun,digər məktəblərin şagirdləri daha sıx bir araya gəlsinlər.Müəllimlər  də şagirdlərin istəyini ifadə edərək bildirdilər ki,layihə şəklində dərs daha maraqlı və səmərəli olur.Belə layihələr  daha çox və geniş istifadə edilsin.

Dərsi apardı : Direktor -Gülnarə Tanqrıverdiyeva

Layihə rəhbərləri: Təranə Qarayeva.Xalidə Muradova,İradə Bayramova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi