"Zəfər Tarixi" adlı konfrans keçirildi

Bakı Şəhəri Təhsil İdarəsinin "Zəfər Tarixi" adlı konfransın keçirilməsi barədə f-146 nömrəli əmrə əsasən məktəbimizdə "Zəfər tarixi" adlı konfransı təşkil edilməsi məqsədi ilə hazırlıq prosesi gedir.Hazırlıq prosesi çərçivəsində məktəbimizin IX sinif şagirdləri və məktəb rəhbərliyi 39№ li məktəbə səfər ediblər,oradakı Zəfər tarixi muzeyi ilə tanış olublar.Eyni zamanda hazırladıqları Milli Qəhrəmanlar və II Qarabağ döyüşlərində iştirak edən Şəhidlər haqqında bukletləri həmin muzeyə hədiyyə ediblər.Növbəti həftə konfransın və konfrans çərçivəsində "Zəfər tarixi"nə həsr olunmuş bir dərsin keçirilməsi nəzərdə tutulur.Eyni zamanda həmin məktəbdən də qonaqların dəvət olunması planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi