"15 may-Beynəlxalq Ailə Günü" münasibəti ilə idman festivalı keçirilib

Nərimanov rayonunda “15 may – Beynəlxalq Ailə Günü” münasibəti ilə “İdmançı ailəm - sağlam aləm!” devizi altında idman festivalı keçirilib

13 may 2022-ci il tarixdə "Evrika" liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 may – Beynəlxalq Ailə Günü” münasibəti ilə “İdmançı ailəm - sağlam aləm!” devizi altında idman festivalı keçirilib.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Evrika” Liseyinin direktoru Ofeliya Muradova, “Evrika” liseyinin fiziki tərbiyə və cüdo, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo müəllimi Mariya Novruzova, Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrindən idmançı ailələr, “Evrika” liseyinin müəllimləri və şagirdləri iştirak etmişdir.

Sonda qalib gələn ailələr Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal, hədiyyələr və kubok ilə, digər ailələr isə müxtəlif nominasiyalar üzrə fəxri fərmanlar ilə təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi