"Şən startlar" oyunu keçirilib

8 noyabr tarixində Texniki - Humanitar liseydə Dövlət bayrağı bayramına həsr olunmuş "Şən startlar " idman yarışması keçirilmişdir. Tədbiri liseyin direktoru Səidə Zeynalova öz çıxışı ilə açmış, Dövlət Bayrağı bayramı münasibətilə iştirakçıları təbrik etmişdir. Dövlət himni səsləndiriləndən sonra bayrama aid film nümayiş olunmuşdur. Tədbirdə liseyin şagirdləri şeir və rəqs nümunələri ilə çıxış etmişlər. Sonra məktəblilər böyük həvəslə idman yarışmasında iştirak etmişlər. Yarış 31, 177, 245 saylı məktəblərin və ev sahibliyi edən Texniki - Humanitar liseyin idman komandaları arasında keçirilmişdir. I yerə Texniki - Humanitar lisey, II yerə 245 saylı məktəbin komandaları layiq görülmüş, 31 və 177 saylı məktəblər isə yarışmada iştirakina görə diplomlarla təltif edilmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi