Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə tədbir keçirilib

Məktəbimin konfrans zalında Azərbaycan dili fənn müəllimi Nazilə Əliyevanın təşkiltaçılığı ilə hazırlanmış Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Gülnarə Tanqrıverdiyeva,məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.Tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, şagirdlər Ümummilli liderə həsr olunan şeirlər səsləndiriblər.
Daha sonra çıxış edənlər bildiriblər ki, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu var.
Vurğulanıb ki, bu gün də həmin siyasət uğurla davam edir və Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəldib. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını Prezident İlham Əliyev yerinə yetirib. Bu səbəbdən də bu gün Azərbaycan xalqı Ulu Öndərimizi qalib əhval-ruhiyyəsində, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi xatırlayır, xatirəsini ehtiramla yad edir.