IX sinif valideyn iclası

 İclasda valideynlərin hüquq və vəzifələri onlara xatırladıldı. Ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu qeyd edildi.  Eyni zamanda məktəblə daha sıx əlaqə qurmagın yolları və  müəllimlərlə birgə həyata keçirilməsi zəruri olan mühüm məsələləri qeyd edildi.     Valideynlərin təklifləri dinlənildi.

IX sinif şagirdinin valideyni Quluyeva Ləman psixoloq  fəaliyyətini  daha da gücləndirməyi,imtahan öncəsi olan söhbətlərin mütəmadi aparılmasını təklif etdi.Hər hansı məsələdə  xüsusilə şagidlərin müəyyən peşələrə asudə vaxtlarını düzgün təşkil olunması ilə bağlı məktəbə də  kömək edəcəyini bildirdi.

Valideynlərlə şagirdlər arasında ümumi müzakirə  təşkil olundu.Valideynlərə  bir  daha şagirdlərin təhlükəsizliyini  təmin olunması ilə bağlı  məktəbə kömək olmaları bildirildi.Valideynlərin üzərinə düşən məsuliyyətin artırılması, övladları üzərində nəzarətin və tələbkarlığın gücləndirilməsi ilə bağlı məsələlər onların diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi