"Oxu günü"ilə əlaqədar tədbirlər keçirilib

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi və H.Əliyev Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Oxu Günü ” tədbiri keçirilib. Oxu gününün qeyd olunmasında əsas məqsəd şagirdlər arasında mütaliyəyə marağı artırmaq, oxu vərdişlərinin inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Tədbirdə Bakı məktəblərinin şagirdləri, məktəb müdirləri və fənn müəllimləri iştirak ediblər. Məktəbdə "Oxu günü" ilə əlaqədar silsilə tədbirlər keçirilib.Müxtəlif məkanlarda şagirdlər tərəfindən seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilib. Şagirdlərin iştirakı ilə ədəbi-bədii gecə, qiraət axşamı və poeziya saatı keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi