Müxtəlif peşə sahələri üzrə mütəxəssislərin iştirakı ilə məruzələrin təşkili

Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkişaf  peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olub.Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü  xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar.

Ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə (bacarıq, maraq, istək, qabiliyyət və s.) özünü tanımasıdır.

"Bu günün və sabahın peşələri"mövzularında şagirdlərin xalçaçılıq muzeyinə ekskursiyaları təşkil olundu.Ayrı ayrı peşə sahələri üzrə mütəxəsislərin məruzələri dinlənildi.

Şagirdlərin həkim və tibb bacısı ilə görüşləri həmçinin dərzilik tikmə əl işi sahələrinin mütəxəssislər tərəfindən aşılanması və məlumatlandırılması təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi