"Talasemiyasız həyat naminə" adlı tədbir

Bəşəriyyətin qlobal problemlərinə çevrilmiş və hər bir gəncin potensial namizəd olduğu talasemiya qan xəstəliyi və bu xəstəlikdən qorunmasının yolları haqqında təbliğat aparılması və şagirdlərin maarifləndirilməsi məqsədi ilə Baki şəhəri 177 saylı məktəbdə "Talasemiyasız həyat naminə" adlı tədbir keçirilib.Tədbiri məktəbin 8ci sinif şagirdləri və məktəbin biologiya müəllimi Qurbanova Məlahət təşkil etmişdilər. Məlahət müəllimə öz nitqində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən “Talasemiyasız həyat naminə” proqramı həyata keçirilirməsindən danışdı. Talasemiya haqqında maraqlı məlumatlar dinlədildi, referatlar hazırlandı, sənədli film nümayiş olundu. Tədbirdə məktəbin direktoru Günel Xanlarova, direktor müavinləri Afilə Cəfərova və Arzu Süleymanova , məktəbin müəllimləri iştirak edib. Tədbirin sonunda toplantı iştrakçiları cüt-cüt bölünüb, siniflərə gedib və hər sinifdə aldığı məlumat ilə bölüşüblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi