"Bahar çələngi" festivalı

Əziz və hörmətli 177-№-li məktəbin kollektivi! Novruz Bayramınız mübarək olsun! Novruz – Azərbaycan xalqın zəngin və qədim mədəniyyətini əks etdirən böyük bir  bayramdır. 28 il Azərbaycan xalqı Novruz bayramını qeyd edəndə arzulayırdı ki- kaş gələn il Novruzu doğma Qarabağda qeyd edərdik... Çərşənbələri Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında, bayram axşamını Şuşada qeyd edərdik..Nəhayət o xoşbəxt gün gəldi... 2020-ci ildə- 44 günlük müharibə nəticəsində arzumuz reallığa çevrildi.  44 günlük zəfər yürüşü, haqq-ədalətin bərpa prosesi Şuşa ilə taclandırıldı. Bütün dünya heyranlıqla Lider-Xalq vəhdətinin yüksək nümunəsini şahidi oldu. 44 gün ərzində xalq yalnız öz ərazisini bərpa edib, düşməni yerində oturtmadı, həm də çoxəsrlik yaddaşını, kimliyini xatırladı, öz mənliyini bərpa etdi. Bu günlər həmişə qürur duyduğumuz tariximizin nağıl, əfsanə deyil, gerçək olduğunu təsdiqləyib möhürlədi. Müzəffər Ali Baş Komandan, Müzəffər Ordumuz və Xalq dəmir yumruqda birləşib qalib gəldi.
     Ulu Öndərimizin vəsiyyətlərindən biri xalqımızın tarixini, adət-ənənələrini qoruyub-saxlamaq, təblığ etməkdir. Novruz bayramını isə xalqımızın ensiklopediyası adlandırmaq olar. Onu araşdıranlar Azərbaycan xalqına məxsus cəhətlərlə tanış olurlar – zəhmətkeşlik səliqə-səhmana meylilik, mərdlik, qonaqpərvərlık, səxavətlık, rəhimlilik və b. Novruz Bayramını araşdıranlar xalqımızın zəngin mətbəxti ilə tanış olurlar, xalqımızın müxtəlif adət-ənənələri ilə, mahnıları, bayatıları ilə tanış olurlar. Şagirdlərimiz bütün deyilənləri məktəbimizdə keçirilən “Bahar çələngi” festivalında təqdim etdilər.
     Novruz Bayramınız mübarək olsun! Hamınıza sülh, əmin-manlıq,ruzi-bərəkət, bol-bol sevic və firavan həyat arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi