Azərbaycan dili və ədəbiyyatı aylığı çərçivəsində dəyirmi masa

27 oktyabr 2016ci il tarixdə 177 saylı tam orta məktəbində dil-ədəbiyyat fənn aylığı çərçivəsində “Təhsildə keyfiyyət aparıcı istiqamətlərindəndir” mövzusunda dəyirmi masa keçirilmişdir. “Dəyirmi masa”nı təşkil edən dil-ədəbiyyat fənn metodbirləşmə sədri Nazilə Əliyeva çıxış edərək təhsildə keyfiyyəti necə əldə etmək olacağını elmi əsaslarla açıqlamışdır. “Cəmiyyətdə hərtərəfli şəxsiyyət yetişdirmək üçün mütaliənin əsas olduğunu vurğulamışdır. Natiq bir daha qeyd etmişdir ki, təhsildə keyfiyyət idarəetmə obyektidir. “ Dəyirmi masa”da çixiş edən fənn müəllimlər kurikulumla bağlı hansı problem üzərində işlənilməsini açıqlanmış, öz arzu və təkliflərini sadalamışdılar. Məclisdə iştirak edən məktəbin direktoru Günel Xanlarova, direktor müavinləri Afilə Cəfərova və Arzu Süleymanova deyilən arzu və təkliflərin nəzərə alinacağı vurğulamışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi