“Reproduktiv sağlamlıq” mövzusunda təqdimat

Məktəbimizin 6 və 7-ci sinif şagirdlərinə oğlan və qız şagird qrupları üçün ayrı-ayrılıqda olmaqla “Reproduktiv sağlamlıq” mövzusunda təqdimatın keçirilmişdir.
Reproduktiv sağlamlıq hazırda ölkənin ümumtəhsil məktəblərində ayrıca fənn kimi tədris edilməsə belə, onun ayrı-ayrı komponentləri Həyat bilgisi, Biologiya, Fiziki tərbiyə fənlərində diqqət mərkəzində saxlanılır. Müasir tibb reproduktiv sağlamlığı insan sağlamlığının tərkib hissəsi kimi qəbul edir. Terminin tərifi 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilmişdir. Reproduktiv sağlamlıq dedikdə sadəcə xəstəliklərin yoxluğu deyil, cinsiyyətlə bağlı fiziki, ruhi və sosial rifah halı nəzərdə tutulur. Bu isə uşaq yaşlarından tərbiyə olunmalı və qayğısına qalınmalı bir sahədir.