Təhsil sərgisinə ziyarət

Oktyabrın 7-də "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.Açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.Azərbaycan, Almaniya, Latviya, Macarıstan, İordaniyanın ali təhsil müəssisələri, kollec və təhsil xidmətləri göstərən qurumların nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış ediblər. Sərgidə Polşa (“Go Poland”), Litva (“Study in Lithuania”) və Türkiyənin (Study in Turkey) milli stendləri təqdim olunub.Bizim şagirdlər sərgini ziyarət ediblər. Sərgidə hər kəs maraglandığı təhsil ocagı haqqında geniş məlumat ala bildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi