15 sentyabr - BİLİK GÜNÜ qeyd olunub

15.09.2016-cı il tarixdə Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətində olduğu kimi 177 nömrəli məktəbdədə bilik bayramı böyük təntənə ilə qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Xanlarova şagirdləri, valideynləri və müəllimləri salamlayaraq, öz çıxışında keçən dərs ilində əldə olunan nailiyyətlərlə tədbir iştirakçılarını tanış etmişdir. O bildirmişdir ki, məktəbi bitirən 53 məzundan 31 nəfər respublikamızda və xarici ölkələrin universitetlərinə daxil olmuşlar. Məktəbin direktoru çıxışının sonunda bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, onlara uğurlar arzulamışdır. Tədbirdə 650-dən yuxarı bal toplayan məzunlar da çıxış edərək öz müəllimlərini təbrik etmiş, onlara öz minnətdarlıqlarını bildirmişlər. Sonda məktəbin 11ci sinif şagirdləri 1cilərlə bərabər ilk zəngi səsləndirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi