Şəhidlər ölməz.

Məktəbimizin 6a sinif şagirdləri sinif rəhbəri Cəmilə Xocayevanin və tarix müəllimi Təranə Qarayevanın rəhbərliyi ilə 2 ci Qarabağ müharibəsi şəhidi İbrahimov İsrafil Zülfüqar oğlunun ailəsini ziyarət ediblər. Məlum olduğu kimi şəhidin ailəsi məktəbə yaxın ərazidə yaşayır. Şagirdlərin ziyarəti şəhidin anasını çox sevindirdi. O bildirdi ki, ilk dəfədir ki onları məktəblilər ziyarət edirlər. İsrafil İbrahimovun necə vətənpərvər oğul olduğunu söyləyən ana çox qəhərləndi. Şagirdlər şəhidin otağında şəkilləri və əşyaları ilə tanış olub, şeirlər və çıxışlar söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi