Məktəb kitabxanaları günü.

Beynəlxalq Məktəb Kitabxanaları Günü

25 oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günüdür. Belə ki, məktəbimizdə 8-ci sinif şagirdlərimizə kitabxanadan istifadə haqqında təlim keçirilmiş və oxucu formulyarlarından istifadə göstərilmişdir.

 Beynəlxalq Məktəb Kitabxanaları Günü 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilmişdir.

        Əvvəlcə şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumatlar verildi. Sonra kitabxana və kitabların yaranması, kitab çapı, zəmanəmizədək bu kitabxanaların keçdiyi inkişaf yolu barədə danışıldı. Qədim və müasir kitabxanalar, dünyanın ən böyük və qeyri-adi kitabxanaları haqqında bilgilər şagirdlərin diqqətinə çatdırıldı.

       “Kitabxana Günü”nə həsr olunmuş ekskursiya və tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Hacıyeva Gülər kitablar haqqında şagirdlərin hazırladığı şeirlərə görə təşəkkür edərək həmişə kitabdan faydalanmağı şagirdlərə tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi