STEAM dərslərində hazırlanan layihələrimiz.

Sinif: 6b

Müəllim: Adilə Əliyeva

STEAM otağının adi siniflərdən çox böyük fərqi var. STEAM sinfi həm də bir “emalatxana”dır. Şagirdlər ideyanı verdikdən son məhsulunu hazırlayana qədər burada işləyir.

Odur ki, praktik və tətbiqi xarakter daşıyan bu otaqlarda şagirdin əl əməyi ilə məşğul olmağa, məsələn, bir robot düzəltməyə də, sinifdə “körpü salmağa” da şəraiti olmalıdır. 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilməlidir. Çünki STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi