Məktəbimizin 8c və 10c siniflərinin və tarix müəllimi İradə Bayramovanın hazırladığı "Qarabağ Azərbaycandır!" Tədbirindən.

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu.

Bu savaşın ən böyük özəlliyi, əlbəttəki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzləşdiyi beynəlxalq təzyiqlərə, ikili standartlara baxmayaraq, ərazi bütövlüyünü təmin etməsidir. Digər tərəfdən, 44 günlük döyüşlərin nəticəsi olaraq Ermənistanın 30 ildən artıq davam edən işğal siyasətinə sonqoyulması müasir dünyada bu tip problemlərin həlli ilə bağlı ən gözəl nümunədir.

44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.

#Mekteb177 #QarabağAzərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi