"NİZAMİ DÜNYASI" MÜSABİQƏSİNİN MƏKTƏB MƏRHƏLƏSİ KEÇİRİLİB
“Nizami dünyası” adlı intellektual müsabiqəsinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.04.2021 tarixli əmrinə əsasən, məktəbimizin “Kiçik Akademiya”sının humanitar bölməsi bu gün VII-X sinif şagirdləri arasında “Nizami dünyası” müsabiqəsinin məktəb mərhələsini keçirmişdir. Müsabiqənin qalibi növbəti mərhələ üçün seçilmişdir. Müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onlarda araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdir.
Məktəb mərhələsinin qaliblərini ürəkdən təbrik edir, I yerin qalibi Hüseynli Zöhrəxanıma növbəti mərhələdə uğurlar arzulayırıq!