Nəriman  Nərimanovun 150 illik yubileyinə həsr olunmuş “açıq dərs” keçirilmişdir

Nəriman  Nərimanovun 150 illik yubileyinə həsr olunmuş “açıq dərs” təşkil olundu. İctimai xadim, publisist, yazıçı,dramaturq Nəriman Nərimanovun 150 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Bakı şəhər 150 nömrəli tam orta məktəbin fəaliyyət planına əsasən 08.12.2020-ci ildə Nəriman Nərimanova aid açıq dərs keçirilmişdir. Pandemiya şəraitinə uyğun olaraq açıq dərs distant formada keçirildi.

Xl sinif şagirdləri və müəllimlərin iştirakı ilə keçirilən açıq dərsi məktəbin dil-ədəbiyyat müəllimi Nazilə Əliyeva açaraq Nəriman Nərimanovun bədii yaradıcılığı barədə ətraflı məlumat verdi.Şagirdlərin təqdimatında Nərimanovun həyat və fəaliyyətini əks etdirən təqdimat və məruzələr dinlənildi.Məktəbin tarix və ədəbiyyat müəllimləri də müxtəlif məzmunda çıxış etdilər.Sonda məktəbin direktoru Nəzakət Qəhrəmanzadə açıq dərsin təşkilinə və keçirilməsinə görə müəllim və şagirdlərə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi