X Ə L İ L R Z A U L U T Ü R K

26 dekabr 2020-ci il tarixdə Nərimanov Rayonu 177 N-li tam orta məktəbin 6a sinfində “Ana dilini sevək, sevdirək” adlı dərnəyin təşkil etdiyi “Xəlil Rza Ulutürkün həyat yolu” adlı onlayn tədbir keçirilmişdir.

Tədbiri dil-ədəbiyyat müəllimi Nazilə Rəsul qızı Əliyeva şairin “Dədə Heydər-Atatürk” şeiri ilə açdı:

“Azərbaycan-Türkiyə daş-qala, qoşa səngər

Bütün qasırğalara birləşməklə sinə gər

Bu birlik qarşısında düşmən tük salacaq, tük

Qucur iki sahili Dədə Heydər-Atatürk”

Dərnək üzvləri Xəlil Rza Ulutürkün türk soyundan olduğu üçün fəxr etdiyini əsərlərində türkçülük, istiqlaliyyətçilik və ikiyə bölünmüş Azərbaycanı birliyi ideyasını vurğuladılar:

“Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək! Qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm günəş kimi! Səma kimi! Cahan kimi!

Çəkil, çəkil ey qəsbkar! Mən bu əsrin gur səsiyəm,

Gərək deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm”

Şagirdlər çıxışlarında 1990-cı il 20 Yanvar hadisələrinə istinad edərək onun Lefortovo həbsxanasında yazdığı şeirləri ürək yanğısı ilə söylədilər.

Onun ailə həyatı haqqında tədbir iştirakçılarını məlumatlandıran natiq çıxışında qeyd etdi ki, azadlıq mücahidi olan şairin oğlu Təbriz Xəlilbəyli I Qarabağ müharibəsində şəhid olaraq Milli Qəhrəman adına layiq görülmüşdür. 

Şeirlərində:

“Vur çatlasın, içində elə

Bilmə ki, təksən

Yer də, göy də sənindir-

Sən qalib gələcəksən!” - söyləyən şair zəfər çalacağımıza inanırdı.

Lakin çox heyif ki, bu zəfər günümüzü görmək ona qismət olmadı.

Fədakar şairin qiyməti vaxtında verilmiş, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “İstiqlal” ordeni ilə təltif edilmiş, heykəli ucaldılmışdır.

Tədbirdə şairin həyat və fəaliyyətini əks etdirən videomateriallar göstərilmiş, sözlərinə bəstələnmiş “Həsrət qalmışam” mahnısı müğənni Xumar Qədimovanın ifasında səslənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi