7A sinif şagirdi Nağıyeva Ləman bu dəfə də bizləri 1-ciliklə sevindirib

    Bakı şəhəri Nərimanov rayonu 177nömrəli məktəbin 7A sinif şagirdi Nağıyeva Ləman bu dəfə də bizləri 1-ciliklə sevindirib.  6 yaşından Respublika Şahmat Mərkəzində şahmat dərslərinə başlayan Ləman artıq 7 ildir ki, professional şahmatla məşğuldur və I dərəcəli şahmatçıdır. Ləman gələcəkdə qrossmeyster səviyyəsinə nail olmağı hədəf alıb. Bakı Birinciliklərində yüksək nəticə qazanıb. Pandemiya ilə əlaqədar olaraq bir sıra online yarışlarda uğurlar qazanıb.Qardaş ölkəmiz olan Türkiyədə  Cumhuriyyət Bayramı ilə əlaqədar 29 oktyabr 2020-ci il tarixində keçirilən şahmat-satranc online turnirində iştirak edib və qadınlar kateqoriyasinda I yer qazanib. Bundan əlavə online təşkil olunmuş  Azərbaycan-Pakistan dostluq görüşü turnirində qadinlar aradında bürünc medal qazanıb. Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi " Qarabağ Azərbaycandır" turnirində iştirak edərək qızlar arasında I yer qazanmışdır. Ləman deyir ki məktəbdə əlaçı olduğum kimi çalışıram ki şahmatda da yüksək naliyyətlərə müvəffəq olum. Bu  yolda Ləmana uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi