"Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi" ilə əlaqədar onlayn tədbir

Bu günkü online tədbirimiz IIDünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin " Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi" haqqinda vermiş olduğu fərmana əsasən təşkil edilmişdir. Tədbirimiz də məhz Azərbaycan tarixində silinməz izlər qoyan,ölkə hüdudlarından kənarda Vətən həsrəti,Vətən sevgisi ilə çırpınan,iki ölkə qəhrəmanı adını alan unudulmaz,əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlıdır. 
Tədbirimizə başlamadan öncə 30illik həsrətimizə son qoyan,öz canları,qanları bahasına Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik,qazilərimizə Allahdan şəfa və müzəffər ordumuza daima zirvələri fəth etməyi diləyirik. Tədbirimizə qatılanlar arasında 
Şəki şəhər 21nomrəli tam orta məktəbin tarix müəllimi Kərimova Zülfiyyə, Şəki şəhər,Nurupaşa Hümbətov adına Oxud kənd tam orta məktəbin tarix müəllimi Məmmədova Könül, Şəki şəhər,Nurupaşa Hümbətov adına Oxud kənd tam orta məktəbin  tarix müəllimi İbrahimova Arzu, Şəki şəhər Əhmədiyyə Cəbrayılov adina Oxud kənd ümumi orta məktəbin tarix müəllimi Şabanova Ülviyyə təşkil etdiyimiz inşa müsabiqəsində əfsanəvi qəhrəman haqqında şagirdlərimizin yazmış olduqları inşalarını incələyərək fərqləndirmişdilər. 
Belə bir əməkdaşlıq üçün kollektivimiz adinda dəyərli müəllimlərimizə minnətdarıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi