“Xocalını unutmayın!” adlı anım tədbiri keçirilib

Fevralın 25-də məktəbin akt zalında Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. 

Tədbirdə məktəbin V-IX sinif şagirdlərinin Xocalı faciəsini əks etdirən rəsm işlərindən ibarət sərgi və fotostendlər nümayiş etdirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Günel Xanlarova çıxışında Xocalı faciəsinin tarixi qısa tarixi barədə danışıb. O, bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Xocalı soyqırımı isə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 

Daha sonra şagirdlər “Xocalını unutmayın!” adlı bədii kompozisiya nümayiş etdirib, vətənə, Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa ediblər. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə baş vermiş o qanlı hadisələri, xocalıların başına gətirilən müsibətləri canlandıran şagirdlərin çıxışı tədbir iştirakçılarını çox duyğulandırıb. İfa olunan lirik şeirlər, faciəni əks etdirən səhnəciklər millətimizin yaddaşına qanlı hərflərlə yazılmış bu tarixin yaşanmış acı səhifələrini bir daha canlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi