"Xocalı soyqırımı"nın 28-ci il dönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi

Fevral ayının 24-də  "Xocalı soyqırımı"nın 28-cü il dönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi. Ssenari əsasında tədbirdə müəlimlər və şagirdlər çıxış etmişdilər. Xocalı soyqırımı azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.Bu amansız və qəddar soyqırım insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.1992-ci ilin fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosit aktı həyata keçirdi.Onlar şəhərə hücum edərək 3000-nə yaxın şəhərdə qalmış insanları blokadaya saldı,613 nəfər öldürüldü,1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.106 nəfər qadın, 63 az yaşlı uşaq,70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi.25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Bütün bunlar erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşliklə həyata keçirilmişdir.Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın Dağlıq hissəsində azərbaycanlılardan ibarət olan əhəmiyyətli maneəni aradan qaldırmaq, Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrlərə qədər tarix və mədəniyyət ənənələrini məhv etdirmək idi. Biz Xocalı faciəsini unumamalıyıq. Dərslərimizdə şagirdlərə daim həmin hadisələrdən söhbət açmalı, Dağlıq Qarabagda baş verən hadisələrdən məlumat verməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi